Mətbuatda yayılan məlumata XİN münasibət bildirib

Samir Soltanov/AZADİNFORM. Mətbuatda bu ilin 13 may tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanacağı ilə əlaqədar yayılan məlumata Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva aydınlıq gətirib. 

XİN-dən Azadinform-a verilən məlumata görə, L. Abdullayeva  bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu ilin 13 may tarixində imzalanması nəzərdə tutulmayıb: “Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”.

23.04.2019 16:40 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo