Yusif Babanlı İTV Yayım Şurasına üzv seçildi

AZADİNFORM. Bu gün Milli Məclis tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyalarını bu Şurada təmsil edən yeni üzv seçilib.

Azadinform-un xəbərinə görə, professor Yusif Babanlı deputatların böyük əksəriyyətinin səsini toplayıb  (iclasda iştirak edən 107 deputatın hamısı lehinə səs verib). O, Şuraya 6 il müddətinə üzv seçilib.

Deputatlar namizəd haqda çıxış edərək, Y.Babanlını Azərbaycan İdman ictimaiyyəti üçün bir tapıntı kimi qiymətləndiriblər.

Qeyd edək ki, Yusif Babanlı Azərbaycan Boks Federasiyasının İcarəyə komitəsinin üzvü və Təşkilat komitəsinin sədridir.

23.04.2019 15:10 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo