UEFA nümayəndələri Bakıya gəlib VAR üçün

Samir Soltanov/AZADİNFORM. UEFA Avropa Liqası turnirinin bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya televiziya yayımı ilə bağlı işgüzar səfəri başlayıb. 

Azadinform AFFA-ya istinadən xəbər verir ki, aprelin 24-nə qədər davam edəcək səfər proqramında UEFA TV və yayım hüququna sahib televiziya kanallarının 40 nəfərə yaxın rəsmi nümayəndəsi kamera platformaları, VAR sisteminin yerləşdirilməsi və quraşdırılması, TV və media tribunasının, eləcə də daxili və üst studiyaların son vəziyyəti ilə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.

23.04.2019 15:00 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo