BSU tələbələri Cocuq Mərcanlıda Foto

AZADİNFORM. Artıq bir həftədir Bakı Slavyan Universitetinin IV kurs tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübə keçirlər.

Təcrübə rəhbəri BSU-nun Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə, tələbələr - Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbələri Samir Abdulov, Leyla Hacıyeva, SABAH qruplarının rus dili müəllimliyi üzrə təhsil alan tələbəsi Zarema Tintinova, Pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Ülviyyə Mədətova, həmin fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi Kamilə Abbasova pedaqoji təcrübə zamanı bir sıra maraqlı tədbirlərdə iştirak ediblər.

Universitetdən Azadinform-a verilən məlumata görə, tələbələr BSU-nun mətbuat xidmətinə onlar üçün Cocuq Mərcanlıda yaradılan şəraitdən, məktəb kollektivinin qonaqpərvərliyindən danışıblar. Təcrübə rəhbəri Ərkinaz Məmmədhəsənzadə deyib ki, ilk gündən Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev başda olmaqla, məktəbin müəllim-şagird kollektivi BSU nümayəndələrinə xüsusi qayğı ilə yanaşır.

Pedaqoji təcrübə zamanı tələbələr məktəblə yaxından tanış olub, Cocuq Mərcanlıda yerləşən “Qayıdış” parkına ekskursiya ediblər. Tələbələr dərs zamanı şagirdlər  arasında maraqlı müsabiqələr, psixoloji sorğular keçiriblər. Direktor gəncləri öz evində xüsusi qonaqpərvərliklə qonaq edib, təcrübə müddətində nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparıb.

23.04.2019 14:15 / Baxılıb: 181 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.05.2019
26.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo