Şri-Lankadakı terror Yeni Zelandiyada məscidə edilən hücuma cavabdır

Samir Soltanov/AZADİNFORM. Şri-Lanka hökumətindən bir nazir ölkədə kilsə və otellərdəki terror aktının Yeni Zelandiyada məscidə edilən hücuma cavab olaraq törədildiyini iddia edib. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, nazir açıqlamasında ölkədəki terror aktlarını 2 yerli radikal İslamçı qruplaşmanın törətdiyini bildirib: “Bunlardan biri “Milli Tövhid Camaatı” adlı təşkilatdır”.

Xatırladaq ki, ötən ay Yeni Zelandiyanın Kraystçerç şəhərində silahlı şəxs cümə namazı zamanı məscidə daxil olaraq önünə keçəni güllələyib. Hücum zamanı 50 nəfər həyatını itirmişdi. 

Qeyd edək ki, keçdiyimiz bazar günü Şri-Lankada kilsə və otellər partladılıb. Terror aktı zamanı 310 nəfər ölüb.

23.04.2019 13:25 / Baxılıb: 284 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo