Avropa İttifaqı ilə saziş Azərbaycana nə verəcək? Politoloq şərhi

Ləman Hüseynzadə / AZADİNFORM. “Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan strateji tərəfdaşlıq sazişi Azərbaycan-Avropa münasibətlərini daha da yaxınlaşdıracaq. Bu istiqamətdə bizim bir sıra layihələrimiz birmənalı şəkildə problemsiz həyata keçiriləcək”.

Bunu Azadinform-a politoloq Fikrət Sadıqov bəzi antimilli dairələrin Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji sazişə dair əsassız fikirlərinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, bu sazişdən sonra gediş-gəliş məsələlərində müəyyən liberallaşma müşahidə olunacaq: “Müxtəlif təbəqələrin nümayəndələri viza ilə bağlı heç bir problem yaşamayacaq. Yəni humanitar, siyasi və digər istiqamətlərdə münasibətlərimiz daha şəffaf, aydın, eyni zamanda konkret şəkildə öz həllini tapacaq. Avropa üçün Azərbaycan çox önəmli bir ölkədir. Bundan əlavə, bizim qaz layihələrimiz Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Təbii ki, Avropa bu məsələlərdə Azərbaycanla yaxınlaşmaqda maraqlıdır. Düşünürəm ki, əgər bu günə qədər 90 faiz məsələlər həll olunubsa və başqa bir problem yoxdursa, qalan 10 faizi də həll olunmalıdır”.

23.04.2019 12:20 / Baxılıb: 177 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo