Bakıda maşın 54 yaşlı kişini vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Azadinform-un məlumatına görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

Abşeron rayon sakini, 1969-cu il təvəllüdlü Kənan Bəhrəm oğlu Kərimov idarə etdiyi "Volkswagen Passat" markalı "90-KB-785" dövlət nömrə nişanlı avtomobillə Ziya Bünyadov prospekti, 2096 saylı ünvanın qarşısında yolu keçən piyada, 1965-ci il təvəllüdlü İsrəfilov Qorxmaz İsrəfil oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

22.04.2019 23:08 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo