Gömrükdə 3 minə yaxın siqaret müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azadinform-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21099” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonunda və yük yerində gizlədilən “King” markalı 2960 ədəd siqaret aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.

22.04.2019 17:45 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo