ABŞ-dan İran neftinə daha bir zərbə

Samir Soltanov/AZADİNFORM. ABŞ İrandan neft idxal edən ölkələrə güzəşti ləğv edib. 

Azadinform xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb. Bildirilir ki, İrandan neft idxal edən ölkələrə güzəştlər may ayında yenilənməyəcək: “Prezident Donald Trampın qərarı İranın neft ixracının sıfıra düşməsini hədəfləyib”. 
Qeyd edək ki, İrandan neft idxal edən 8 ölkə sırasına Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvan daxil idi. 
Əlavə edək ki, bu xəbərlərdən sonra dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb. Belə ki, “Brent” və “Light”ın qiyməti son 6 ayın maksimumuna yüksəlib.

22.04.2019 17:15 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo