Vergilər naziri AmChamın nümayəndələri ilə görüşüb

Adəm Abbaslı/AZADİNFORM. Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin Media və kommunikasiya mərkəzindən Azadinform-a bildirilib ki, görüşdə palatanın hazırladığı "Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr" adlı sənədin ("Ağ sənəd") müddəaları və 2019-cu il ərzində Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı məsələlər müzakirə edilib.

Tərəflər, həmçinin aksizlərin tətbiqi, yaxın gələcəkdə tətbiq olunması nəzərdə tutulan "Təqib və izləmə" sistemi, nağdsız ödənişlərin genişləndirilməsi sahəsində aparılan işlər və biznes ictimaiyyətini maraqlandıran bir sıra məsələlər ətrafında müzakirə aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi olub.

22.04.2019 13:46 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo