Rusiyadan Ukraynanın yeni prezidentinə ilk mesaj

Samir Soltanov/AZADİNFORM. Rusiyanın baş naziri Dmitriy Medvedev sosial şəbəkə hesabından Ukraynada keçirilən prezident seçkilərində Vladimir Zelenskinin zəfərini dəyərləndirib. 

Azadinform xəbər verir ki, D. Medvedev Ukrayna ilə Rusiya arasında daha yaxşı qarşılıqlı əlaqələr üçün hələ də şansın olduğunu bildirib: “Bunun üçün nə lazımdır? Əvvəla, ölkənin şərqindəki vəziyyət də daxil olmaqla, Ukraynadakı bütün siyasi reallıqları nəzərə alan, dürüst, praqmatik və məsuliyyətli yanaşmaya ehtiyac var. Buna görə də Ukraynanın yeni rəhbərliyi sağlam şəkildə düşünməlidir. Əlbəttə, xalqlar arasında dərin əlaqələrin dəyərini anlamaq siyasi konyukturadan üstün olmalıdır”.

22.04.2019 13:17 / Baxılıb: 276 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo