Qalibi 1000 manat gözləyir

AZADİNFORM. Xeyirxah Platforması “Kainat” Tədris Mərkəzi və  Deaf Community ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Jest dili üzrə tərcümə olimpiadası”na qeydiyyat elan edir.

Xeyirxah Platformasından Azadinform-a verilən məlumata görə, olimpiadanın əsas məqsədi danışma və eşitmə əngəli olmayan insanlar arasında bu dilin təbliği, bununla belə, danışma və eşitmə məhdudiyyətli insanlara dəstək olunmasından ibarətdir.

Layihədə iştirak etmək üçün müraciət edənlər seçim mərhələsinə dəvət olunacaq. Seçim mərhələsini uğurla keçənlər isə yarımfinal və final mərhələsində bu dil üzrə biliklərini yoxlayacaq. Danışdığımız dildən jest dilinə və əksinə tərcümədən ibarət yarışmada münsiflər heyətinin rəyi əsasında seçilən 1, 2 və 3-cü yerin sahibləri “Kainat” Təhsil Mərkəzi tərəfindən uyğun olaraq 1000, 500 və 300 manatlıq təhsil kuponu ilə mükafatlandırılacaq.

Layihədə iştirak etmək istəyənlər mayın 5-nə qədər www.xeyirxah.com saytı üzərindən qeydiyyatdan keçə bilərlər.

22.04.2019 12:28 / Baxılıb: 142 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo