Kılıçdaroğluna hücum edən 11 nəfərin şəxsiyyəti bəlli olub

Samir Soltanov/AZADİNFORM. Türkiyədə Cümhuriyyətçi Hərəkat Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna ötən gün şəhid cənazəsində edilən hücumla bağlı araşdırma davam etdirilir. 

Azadinform xəbər verir ki, Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hücumu təşkil edən dəstə üzvləri ilə bağlı araşdırmalar başladılıb. Polis görüntülərdən Kılıçdaroğluna birbaşa fiziki müdaxilə edən 11 nəfərin şəxsiyyətini müəyyənləşdirib. CHP sədrinə hücum edən şübhəlilərdən Osman S. Əskişəhərin Sivrihisar qəsəbəsində saxlanılıb. Saxlanılan digər 5 nəfərin ifadəsi isə Çubukda davam etdirilir.

22.04.2019 11:35 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo