Deputat Qazaxıstanda Azərbaycanı təmsil edəcək

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Qazaxıstana səfər edir.

Azadinform xəbər verir ki, deputat Nur Sultan şəhərində keçiriləcək “Mərkəzi Asiya və Qafqazda sağlam qidalanma üçün dayanıqlı ərzaq sistemləri və qidalanmanın idarə edilməsi” mövzusunda regional simpoziumda iştirak edəcək.

Məlumata görə, tədbirdə M.Quliyev mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə əhalinin sağlam qidalanması üçün keyfiyyətli ərzaq məhsullarının istehsalı sahəsində görülən işlər, bu istiqamətdə əldə olunan nailiyyətlər barədə məlumat verəcək.

Səfər aprelin 27-də başa çatacaq.

22.04.2019 10:46 / Baxılıb: 145 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo