Türkiyə Milli Müdafiə Nazirliyi Kılıçdaroğluna edilən hücumla bağlı məlumat yayıb

Samir Soltanov/AZADİNFORM. Türkiyə Milli Müdafiə Nazirliyi Ankaranın Çubuk qəsəbəsində Cümhuriyyətçi Xalq Partiyasının (CHP) sərdi Kamal Kılıçdaroğluna edilən hücumla bağlı məlumat yayıb. 

Azadinform xəbər verir ki, məlumatda bildirilir: “Milli müdafiə naziri Hulusi Akar izdihamın arasına girərək hadisələrin səngiməsi üçün səy göstərib. İzdihamın dağılması üçün H. Akar  “Mesajlarınızı verdiniz, etirazlarınızı göstərdiniz. Sakit şəkildə şəhidimiz Yenerin evinə gedirik. Buranı boşaldırıq” - ifadələrini işlədib. H. Akar Kılıçdaroğlunun yerləşdirildiyi evə gedərək təhlükəsiz şəkildə hadisə yerindən ayrılması üçün köməklik göstərib. Hücumu şiddətlə qınayır, keçmiş olsun diləklərimizi çatdırırıq”.

22.04.2019 10:41 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo