Lavrovdan dialoq açıqlaması: "ABŞ bunu etməlidir"

Əgər ABŞ Moskva ilə ciddi danışıqlar istəyirsə, Rusiya-NATO Şurasını toplamalıdır.

Azadinform xəbər verir ki, bunu “Zvezda” televiziyasına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Biz Avropada istənilən ölkə ilə təkbaşına normal danışıqlar aparırıq. NATO-Rusiya Şurası bizə Ukrayna ilə bağlı mühazirə oxumaq, bizi kiçik və orta mənzilli raketlərin ləğvi razılaşmasından imtinaya görə ittiham etmək üçün yer deyil. Biz belə tədbirlərə bir daha getməyəcəyik. Əgər onlar ciddi şəkildə danışmaq istəyirlərsə, NATO-Rusiya Şurasını hərbi səviyyədə toplasınlar”, – deyə o bildirib.

21.04.2019 17:48 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo