Azərbaycan komandası qızıl medal qazandı

Azərbaycan komandası bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində 21.500 bal toplayaraq qızıl medal qazanıb.

Azadinform-un məlumatına görə, gümüş medalı İtaliya komandası (21.500 bal), bürünc medalı isə Belarus komandası (20.100 bal) qazanıblar.

Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

21.04.2019 17:21 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo