Şimal bölgəsində qar yağıb Temperatur mənfi 8 dərəcəyədək düşüb

Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb. 

Azadinform Azərtac-a istinadən xəbər verir ki, ən aşağı temperatur Quba rayonunun Qırız və Xınalıq kəndində qeydə alınıb. Ən çox yağıntı da Qubanın Qırız kəndinə düşüb. Hazırda bu kənddə 6 santimetr qalınlıqda qar var. Xınalıq kəndinə 4, Xaltana 3, Qubanın rayon mərkəzinə isə 1 santimetr qalınlıqda qar yağıb. 

Xızının Altıağac qəsəbəsində isə qarın qalınlığı 4 santimetrdir.

20.04.2019 10:50 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo