Depressiyadan qurtulmağa imkan verən qurğu hazırlayıblar

Yeni Cənubi Uels Universitetinin (UNSW) alim və mühəndisləri tərəfindən əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiyadan qurtulmağa imkan verən cihaz hazırlanıb.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, "bizim qurğumuz, hər şeydən əvvəl, depressiyada olan insanlara lazımdır. Qurğu depressiyada olan insan beynini onun normal vəziyyətinə geri qaytarır" – universitetin psixiatriya məktəbinin professoru Kolin Loo “ABC” televiziya kanalına deyib.

İstehsalçıların sözlərinə görə, yeni ixtira ilk növbədə ucqar regionların sakinləri üçün faydalı olacaq, çünki onlar psixi sağlamlığın pisləşməsinə görə heç də həmişə mütəxəssisə müraciət etmək imkanına malik olmurlar.

Artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar.

Həkimlərin fikrincə, sınaqların nəticəsi ümidvericidir.

19.04.2019 23:21 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo