Yasamal rayonunda mənzildə yanğın baş verib

AZADİNFORM. Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olub.

Azadinform xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində, Muxtar Mollayevə məxsus mənzildə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşını cəlb edilib. Yanğın söndürülüb.

İlkin ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan papiros olub. Eyvanda tezalışan konstruksiyalar olduğuna görə, alov daha da yayılıb və mənzilin 2 otağı tamamilə yanıb. 

19.04.2019 23:08 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo