İranın kəşfiyyat naziri: ABŞ-ın 290 casusunu ifşa etmişik

“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) qarşı aparılan mürəkkəb əməliyyatlar nəticəsində müxtəlif ölkələrdə, o cümlədən İranda fəaliyyət göstərən şəbəkədə 290-dan çox casus ifşa etmişik”.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın informasiya və kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi bildirib.

Onun sözlərinə görə, İranın vacib sahələrinə yeridilən MKİ-nin onlarla əməkdaşı həbs edilib.

Nazir deyib ki, MKİ ilə yanaşı, İran kəşfiyyatı Britaniyanın “Mi-6” agentlərinin ifşası ilə məşğul olub. 

19.04.2019 20:05 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo