"Real Madrid"in müdafiəçisi mövsümün sonuna kimi sıradan çıxıb

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Alvaro Ordiosola mövsümün sonuna kimi sıradan çıxıb. 

Azadinform AS nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi məşqdə zədələnib. İspaniyalı oyunçunun körpücük sümüyü sınıb. 

O, Zinəddin Zidanın baş məşqçi postuna qayıtmasından sonra 4 matçda start heyətdə meydanda olub. 

Qeyd edək ki, Alvaro Ordiosola bu mövsüm 22 oyunda iştirak edib və 1 qol vurub. 

19.04.2019 19:28 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo