Oqtay Əsədov MDB Parlament Assambleyasının 49-cu plenar iclasına qatılıb

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün Sankt-Peterburqda MDB Parlament Assambleyasının (MDB PA) 49-cu plenar iclası keçirilib.

Azadinform xəbər verir ki, Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. İclasda MDB PA-nın parlament nümayəndə heyətləri, daimi komissiyalarının üzvləri, alimlər, ekspertlər iştirak ediblər.

İclası giriş sözü ilə açan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko tədbirdə MDB PA-nın hüquq məsələləri, iqtisadi və maliyyə məsələləri, elm və təhsil məsələləri üzrə daimi komissiyalarının hazırladıqları 11 model qanunvericilik aktı və tövsiyələrinin nəzərdən keçiriləcəyini bildirib. Təsdiq edilən sənədlər MDB ölkələri milli qanunvericiliklərində istifadə olunması üçün Birlik dövlətlərinin qanunvericilik orqanlarına təqdim edilib.

Toplantı çərçivəsində təhlükəsizlik və yeni çağırışlar və təhdidlərə qarşı mübarizə birləşmiş komissiyasının, siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi komissiyasının, müdafiə və təhlükəsizlik daimi komissiyasının iclasları olub.

Tədbirin sonunda KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib. 

Qeyd edək ki, parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri davam edir.

19.04.2019 17:30 / Baxılıb: 152 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.05.2019
26.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo