Makron YPG/PKK-nı təmsil edən nümayəndə heyəti ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Fransa prezidenti Emmanuel Makron YPG/PKK-nı təmsil edən nümayəndə heyəti ilə görüşüb. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, E. Makron görüşdə Fransanın Suriyanın şimal-şərqində sabitliyin qorunmasına önəm verdiyini bildirib: “Suriyadakı dinc əhalinin humanitar ehtiyaclarını qarşılamaq və sosial-iqtisadi sabitliyi təmin etmək üçün maliyyə dəstəyi veriləcək. Həmçinin, sabitliyi təmin edən bir hakimiyyətin yaradılması da zəruridir”.

Prezident vurğulayıb ki, Fransa Türkiyənin təhlükəsizliyinin və Suriya ilə sərhəddə baş verən gərginliyin azalmasının tərəfdarıdır.

19.04.2019 17:15 / Baxılıb: 135 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo