Bu yollarda xətlənmə işləri aparılacaq

Adəm Abbaslı/AZADİNFORM. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə 28 may küçəsinin kəsişməsində, həmçinin Dilarə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Azadinform-a verilən məlumata görə, işlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

19.04.2019 15:30 / Baxılıb: 158 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo