Çempionlar Liqasında bu həftənin ən yaxşısı seçildi

Samir Soltanov/AZADİNFORM. UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarının keçirildiyi həftənin ən yaxşı futbolçusu müəyyənləşib. 

Azadinform UEFA-nın saytına istinadən xəbər verir ki, “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu seçilib. 32 yaşlı hücumçu bu nominasiyada Heunq-Min Son (“Tottenhem”), Roberto Firmino (“Liverpul”) və Frenk de Yonqu (“Ayaks”) qabaqlayıb. 

L.Messi “Barselona”nın 1/4 final mərhələsinin cavab görüşündə doğma meydanda İngiltərənin “Mançester Yunayted” klubunu məğlub etdiyi matçda (3:0) iki qolla yadda qalıb.

19.04.2019 14:52 / Baxılıb: 124 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo