NATO S-400-lə bağlı təklifimizə müsbət baxdı

Samir Soltanov/AZADİNFORM. “S-400 zenit raket kompleks sistemlərinin istifadə edilib-edilməməsi heç bir zaman müzakirə olunmayıb”. 

Azadinform xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. XİN rəhbəri qeyd edib ki, ABŞ-a təklif etdik ki, birgə komissiya yaradılsın, ekspertlər təyin olunsun və müzakirələri onlar aparsın: “S-400-lərin F-35-in texnologiyasını ala biləcəyi ilə bağlı məlumat yayılıb. Biz bu məlumatı real saymırıq. Lap əvvəldən S-400-ün tamamilə bizim nəzarətimizdə olması üçün çalışdıq”. 

M. Çavuşoğlu vurğulayıb ki, bu gün Suriyada da S-400-lər mövcuddur: “Suriya üzərində ABŞ və İsrailin F-35-ləri uçur. İddialar doğrudursa, F-35 qırıcılarına aid məlumatlar çoxdan ələ keçirilib deməkdir. Yenə də biz şübhələri aradan qaldırmaq üçün birgə işçi qrupu yaradaq dedik, amma ABŞ-dan hələ ki müsbət bir cavab eşitmədik. NATO isə bu fikrə müsbət baxdı. Bu məsələlərdə son sözü NATO-nun baş katibi deyir. Biz NATO üzvü olduğumuz üçün qurumun S-400-lə bağlı narahat olduğu məsələləri də nəzərə almalıyıq. Türkiyənin diqqət etmədiyini demək doğru deyil. Bu məsələlərdə hər zaman həssasıq. Bizim hava müdafiə sistemlərinə təcili olaraq ehtiyacımız var”. 

19.04.2019 13:52 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo