Əfqanıstan hökuməti ilə Taliban arasında görüş baş tutmayıb

Samir Soltanov/AZADİNFORM. Əfqanıstan hökuməti ilə “Taliban” arasında Qətərdə keçirilməsi planlaşdırılan sülh danışıqlarının ilk turu təxirə salınıb. 

Azadinform xəbər verir ki, Əfqanıstan prezidenti Əşrəf Qani Qətər Qarşıdurma və Humanitar Tədqiqatlar Mərkəzinin tərtib etdiyi iştirakçı siyahısına qarşı çıxıb. 

Qeyd edək ki, bu gün keçirilməsi planlaşdırılan görüş Əfqanıstandakı müharibənin sülh yolu ilə başa çatdırılması və ABŞ hərbçilərinin ölkədən çıxarılması istiqamətində mühüm addım kimi görünürdü. 

Qeyd edək ki, Qətərin hazırladığı siyahıda 243 nəfərin adı olub.

Əlavə edək ki, məsələ ilə bağlı nə Əfqanıstan hökuməti, nə də “Taliban” rəsmi açıqlama yayıb.

19.04.2019 13:10 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo