Avropa Liqasının bütün yarımfinalçıları məlumdur - Oyunlardan FOTOLAR

Adəm Abbaslı/AZADİNFORM. UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları baş tutub.

Azadinform-un məlumatına görə, Londonun "Arsenal" klubu səfərdə "Napoli" ilə qarşılaşıb.

Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolun sahibi Aleksandr Lyakazett olub. Hücumçu oyunun 36-cı dəqiqəsində cərimə zərbəsindən Petr Çexin qapısına yol tapıb.

Xatırladaq ki, komandalar arasında İngiltərədə keçirilən ilk oyun “Arsenal”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Arsenal” turnirin yarımfinalına vəsiqə qazanıb.

Mərhələnin digər qarşılaşmaları:

 

“Çelsi” 4:3 “Slavia” (ilk oyun 1:0)

Qollar: P.Rodrigez (5 və 27-ci dəqiqələr), Simon Deli (avtoqol, 9-cu dəqiqə), O.Jiru (17-ci dəqiqə), T.Suçek (26-cı dəqiqə), P.Sevçik (51 və 54-cü dəqiqələr).

 

“Eintraxt Frankfurt” 2:0 “Benfika” (ilk oyun 2:4)

Qollar: F.Kostiç (36-cı dəqiqə), S.Rode (67-ci dəqiqə)

“Valensia” 2:0 “Vilyareal” (ilk oyun 3:1)

Qollar: T.Lato (13-ci dəqiqə), D.Parexo (54-cü dəqiqə)

Turnirin yarımfinal oyunlarında "Arsenal" "Valensiya"ya qarşı, "Çelsi" isə "Eintraxt Frankfurt"a qarşı oynayacaq.

19.04.2019 09:10 / Baxılıb: 151 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.05.2019
22.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo