Ərəb ölkələrindən ABŞ-ı qəzəbləndirəcək addım

17 ərəb ölkəsi “Yeni İpək Yolu” layihəsində iştirakla bağlı Çin ilə müqavilə imzalayıb.

Azadinform xəbər verir ki, müqavilələr Çin-Ərəb Reformu və İnkişaf Forumunda imzalanıb.

Ərəb ölkələrinin bu qərarının Vaşinqton tərəfindən sərt reaksiya doğuracağı gözlənilir. Çinin dünyaya açılma olaraq gördüyü trilyon dollarlıq layihənin qarşısında ən böyük əngəl ABŞ hesab olunur.

Qeyd edək ki, "Yeni İpək Yolu" layihəsinin təşəbbüskarı Çin olsa da, indi Avropanın onun reallaşmasında marağı heç də Pekinin maraqlarından az deyil. Avropa İttifaqının böyük dövlətləri Çin istiqamətində ticarətin həcmini sürətlə artırmaq fikrindədirlər. Artıq Böyük Britaniya, Almaniya və Fransa Vaşinqtonun iradəsini nəzərə almadan Pekinin irəli sürdüyü layihələrdə aktiv iştirakçı olmaqdadırlar.

18.04.2019 23:58 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo