"Qarabağ" qələbə qazanaraq liderliyini qoruyub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Azadinform xəbər verir ki, turnir cədvəlində ilk pillədə qərarlaşan "Qarabağ" autsayder "Keşlə"ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 18-ci dəqiqədə Simeon Slavçev vurub. Qoldan sonra "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov hakimlərə etirazını bildirib. O, rəqib oyunçuların qaydanı pozduğunu iddia etsə də, FIFA referisi Əliyar Ağayev məşqçini texniki zonadan uzaqlaşdırıb. 59-cu dəqiqədə isə Riçard Almeyda penaltidən fərqlənməklə fərqi iki topa çatdırıb. 75-ci dəqiqədə Abdullah Zubir rəqibi üçüncü dəfə məyus edib.

Bu nəticədən sonra xallarının sayını 57-ə çatdıran "Qarabağ" 1-ci pillədəki mövqeyini qoruyub. "Keşlə" isə 20 xalla sonuncu - 8-ci yerdə qalıb.

Qeyd edək ki, günün digər oyununda "Səbail" səfərdə "Sumqayıt"ı məğlub edib - 2:1. Tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" və "Sabah" - "Neftçi" matçları ilə yekun vurulacaq.  

18.04.2019 22:05 / Baxılıb: 317 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo