Makron Roma papasını Fransaya dəvət etdi

Fransa prezidenti Emmanuel Makron Notr-Dam kilsəsindəki güclü yanğından sonra Roma papası Fransiski Parisə dəvət edib.

Azadinform-un məlumatına görə, bu barədə E.Makron özü açıqlama verib.

O, Roma papası ilə telefonla danışdığını bildirib:

“Mən onu səfərə dəvət etmişəm və o, uyğun zamanda səfər edəcək”.

Qeyd edək ki, aprelin 15-də Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

18.04.2019 20:05 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo