Qətərə ixrac missiyası başa çatıb

AZADİNFORM. “Made in Azerbaijan” brendinin təşviqi, qeyri-neft məhsullarının xarici bazarlarda təbliği məqsədi ilə 12-16 aprel tarixlərində Qətərə təşkil olunmuş ixrac missiyası başa çatıb. 

Bu barədə Azadinform-a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil edilən ixrac missiyasında qida, tekstil, və tikinti məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 25 Azərbaycan şirkəti iştirak edib.

İxrac missiyasına daxil olan Azərbaycan şirkətləri ilə Qətərdən olan həmkarları arasında məhsulların satışının artırılması istiqamətində danışıqlar aparılıb, razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın İDEA şirkəti Qətərin “Seven Continents Enterprises”, “Zebrano Wood Works”, “Redco Construction Alamana” şirkətləri ilə istehsal etdiyi məhsulun ixracına dair razılıq əldə ediblər.

Bundan başqa, Azərbaycanın FARKO, “Delta Group C.O.”, APİAZ, “Brightman BMC” və “Azertexnolayn” şirkətləri istehsal etdikləri məhsulların Qətərə ixracına dair ilkin razılığa gəliblər. 

Missiya çərçivəsində iki ölkənin turizm şirkətləri əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.

18.04.2019 19:28 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo