Lənkəranda top mərmisi aşkarlanıb

Samir Soltanov/AZADİNFORM. Bu gün Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonunun Sütəmurdov kəndində bir ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub. 

ANAMA-dan Azadinform-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, DSX-nin və Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Qurumun, DSX-nin və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 125 millimetrlik top mərmisi (BM-17) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Mərminin ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

18.04.2019 18:46 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo