24 cinayətin üstü isti izlərlə açılıb

Adəm Abbaslı/AZADİNFORM. 2019-cu il aprel ayının 17-dən 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb. Bundan başqa əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

18.04.2019 10:00 / Baxılıb: 138 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo