"Real" və "Barselona"nın istədiyi bombardir Bundesliqada qaldı

"Ayntraxt" "Benfika"dan icarəyə götürdüyü Luka Yoviçi birdəfəlik transfer edib.

Azadinform-un Bundesliqa klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Frankfurt təmsilçisi serbiyalı forvardın keçidi üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək. 21 yaşlı futbolçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Yoviç bu mövsüm Almaniya çempionatında keçirdiyi 27 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən sərrast futbolçusudur.

17.04.2019 20:17 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo