Ən yaxşı kameralı smartfon məlum olub

Müasir smartfonların kamera və obyektivlərinin sınağı ilə məşğul olan "DxOMark" şirkəti "Samsung Galaxy S10 5G" smartfonunun testinin nəticələrini dərc edib.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, "Galaxy S10 5G" əsas kameralar reytinqində "Huawei P30 Pro" modeli ilə birinci yeri bölüşərək analoji 112 bal toplayıb və rəqiblərini inamla geridə qoyub. 97 bal toplayan smartfon, həmçinin ön kameralar reytinqində lider olub. Bundan əlavə, "Galaxy S10 5G" modeli "DxOMark" tərəfindən videoçəkilişə görə 100 balla qiymətləndirilən ilk smartfon olmaqla rekorda imza atıb.

Bildirilir ki, əsas kameranın fotoçəkilişinə gəldikdə, burada Cənubi Koreya istehsalçısının qurğusunun nəticələri "Huawei P30 Pro" modelindən geri qalır (müvafiq olaraq 117 və 119 bal). "Huawei P30 Pro" videoya görə 97 bal toplayıb. Modelin müsbət göstəriciləri kimi əksər şəraitdə dəqiq ağ rəng balansı və rəngvermə, yaxşı dinamik diapazon, sürətli, dəqiq və stabil avtomatik fokuslama, işıqlandırma ilə çəkiliş zamanı yaxşı nəticələr qeyd olunur.

"Selfi" kameralar reytinqində isə "Samsung Galaxy S10 5G" smartfonu 96 balla "Galaxy S10 Plus", "Google Pixel 3" və "Galaxy Note 9" (92 bal) modellərini üstələyib. 89 bal toplayan "Huawei P30 Pro" isə bu göstəriciyə görə beşinci yerlə kifayətlənib.

17.04.2019 21:23 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo