"Mançester Yunayted"in futbolçusu irqçiliyə məruz qalıb

İngiltərə təmsilçisi "Mançester Yunayted"in futbolçusu Eşli Yanq öz komandasının azarkeşləri tərəfindən irqçiliyə məruz qalıb.

Azadinform "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə kollektivin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İspaniyada "Barselona"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra baş verib.

Fanatlar "Twitter" sosial şəbəkəsi vasitəsi ilə 34 yaşlı yarımmüdafiəçini qara dərili olması ilə bağlı təhqir ediblər.

"Mançester Yunayted" bu cür hərəkətləri kəskin şəkildə pislədiyini, futbolçunu təhqir edənlərin kimliyini müəyyənləşdirmək üçün çalışdıqlarını və onlara qarşı sanksiyalar tətbiq edəcəkərini bildirib.

Qeyd edək ki, ilk oyunda da rəqibinə məğlub olan "Mançester Yunayted" (0:1) turnirlə vidalaşıb. 

17.04.2019 20:32 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo