Bu ilin ilk iki ayında Azərbaycanda 8237 nikah qeydə alınıb

AZADİNFORM. Bu ilin ilk iki ayında Azərbaycanda qeydə alınan ölüm, nikah və boşanma hallarının, eyni zamanda Azərbaycana gələn və gedənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Azadinform-a bildirilib ki, bu ilin yanvar-fevral aylarında ölkədə 10248 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 6,6-dan 6,4-ə enib.

Eyni zamanda, bu ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8237 nikah və 2718 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,1-dən 5,2-yə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 278 nəfər gələn, Azərbaycandan isə 226 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 52 nəfər təşkil edib.

17.04.2019 19:16 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo