"VAZ" və "Mercedes" toqquşdu - Ölən və yaralanan var

AZADİNFORM. Abşeron rayonunda ağır yol qəzası baş verib.

Məlumata görə, hadisə Qaradağ rayonu, Qobu qəsəbəsində qeydə alınıb.

Qaradağ rayonu, Lökbatan qəsəbə sakini, 1969-cu il təvəllüdlü Fərəcov Nazim Gülverdi oğlu idarə etdiyi "VAZ - 2107"markalı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsində hərəkətdə olarkən Qurbanməhəmmədov Mövləddin Aslan oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində N.Fərəcov ölüb, M.Qurbanməhəmmədov isə xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.

16.04.2019 10:00 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo