Azərbaycan və Çin arasında mədəni əməkdaşlıq haqqında Protokol təsdiq edilib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2019-2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb. 

Azadinform xəbər verir ki, 2019-cu il martın 1-də Pekin şəhərində imzalanmış Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. 

Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

15.04.2019 18:32 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo