Çexiyada Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi

AZADINFORM. Aprelin 11-də Çexiyanın Ostrava Universitetinin Fəlsəfə fakültəsində Azərbaycanın Çexiyadakı səfirliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib. 

Universitetin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, tədbirdə Azərbaycanın qədim, orta və müasir dövrlərinə aid memarlıq komplekslərini, eləcə də təbiətini əsk etdirən fotoşəkillər nümayiş olunub.

Azərbaycan Fotoqraflar Birliyinin üzvləri - Mirnaib Həsənoğlu, Əminə Mirili, Fərqanə Qasımlı, Rauf Umudov, Fətəli Fətəliyev və İsmayıl Kərimova məxsus  fotoşəkillərdə Azərbaycana aid qədim alban kilsə və monastr kompleksləri, orta əsrlərə, Şirvanşahlar dövrünə aid saray tikililəri, Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş Qız qalası abidəsi və digə bir çox turizm baxımdan maraq doğuran məkanlar əksini tapıb. 

Sərgini giriş sözü ilə açan Ostrava Universitetinin Fəlsəfə fakültəsinin nümayəndəsi Nela Parmova Azərbaycanın qədim tarixi və mədəniyyət nümunələrindən danışıb.

Tədbirdə çıxış edən Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisi Eldar Vəliyev, Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərov Çexiya-Azərbaycan əlaqələrinin, eləcə də Ostrava Universitetinin Bakı Slavyan Universiteti ilə əməkdaşlığının perspektivləri barədə fikirlərini iştirakçılarla bölüşüblər.

Sərginin davamında Heydər Əliyev Fondunun hazırladığı "Land of Fires" ("Odlar Yurdu") adlı videonun təqdimatı olub, Azərbaycan bayrağı və rəqsləri barədə məlumat verilib, sərgi iştirakçıları ilə birgə "Yallı" rəqsi oynanılıb.

Sərgi öz işini üç həftə ərzində davam etdirəcək.

15.04.2019 18:25 / Baxılıb: 102 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.04.2019
23.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo