400 nəfərdən artıq gənc təlimlərə başladı

AZADİNFORM. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) üzrə növbəti mərhələyə keçmiş gənclər üçün təlimlərə start verilib.

Layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Azadinform-a verilən məlumata görə, bu gündən etibarən İmişli, Bərdə və Zaqatala rayonlarında başlanılan ilk təlimlər biznes ideyalarının işlənməsi və layihələrə çevrilməsi mövzusuna həsr olunub.

“İlk təlimlərdə gənclərin fəallığını və aqrar biznesə böyük həvəsini hiss etdik. Gənclərin biznes ideyalarının reallığa uyğun olması xüsusilə diqqətimizi cəlb etdi. Misal üçün, qeyd edim ki, İmişli rayonundakı təlimdə iştirakçıların dərs zamanı çəkdikləri nümunələrdən, tapşırıqlardan heyvandarlıq sahəsinə böyük maraq göstərdiklərini müşahidə etdik. Əminik ki, nümunə üçün təklif edilən layihələr dayanıqlı bizneslərin əsasına çevrilə biləcək”, - deyə AKİA-nın sədr müavini Namiq Məmmədov bildirib. 

Qeyd edək ki, kənd yerlərində gənclərin aqrar məşğulluğunu artırmaq məqsədi daşıyan AMAL layihəsinə ölkə üzrə 1000-dən artıq gənc müraciət edib. 400-dən çox gənc AMAL layihəsində iştirak üçün ikinci mərhələyə - təlimlər mərhələsinə keçə bilib. Amal.gov.az saytında yerləşdirilmiş siyahıya görə, ilkin təlim mərhələsinə 20-dən artıq rayondan AMAL-çı seçilib.

15.04.2019 17:23 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo