Öz soyunu unudanlardan tarix dərsi alası deyilik Çavuşoğlu

Samir Soltanov/AZADİNFORM. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada baş tutan NATO Parlament Assambleyasının 99-cu “Rose-Roth” seminarında fransalı parlamentar Sonia Krimi arasında “erməni soyqrımı” məsələsi ilə bağlı yaşanan gərginliyə münasibət bildirib. 

XİN rəhbəri qeyd edib ki, keçmişimizi, tariximizi, əcdadımızı çox yaxşı öyrənib, çox yaxşı anlatmağı bacarmalıyıq: “Öz nəslini yaddan çıxaranlardan, tarixini unutmaq istəyənlərdən tarix dərsi alası deyilik. Antalyada da dediyim kimi buna cürət edənlərə də lazımi dərsi vermək bizim boynumuzun borcudur. Onlara hədlərini bildirmək Türk milləti adına bizim vəzifəmizdir. Biz keçmişimizlə, tariximizlə fəxr edirik”.

Türkiyə tarixində soyqırım olmadığını qeyd edən Çavuşoğlu vurğulayıb ki, biz müstəmləkə siyasəti də aparmamışıq: “Keçmişimizlə hər zaman qürur duyuruq. Biz Alpraslan, Əlaəddin Keyqubad, Ərtoğrul Qazi, Osman Qazi, Fatih Sultan Mehmet, Qanuni Sultan Süleyman, Əbdülhəmid Xan ilə fəxr etmişik. Cümhuriyyətimizi yaradan Mustafa Kamal Atatürk ilə fəxr edirik”. 

15.04.2019 16:55 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo