Dövlət agentliyi yayılmış xəbərlərə aydınlıq gətirdi

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şamaxıda baş vermiş hadisə ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Bu barədə Azadinform-a Dövlət Agentliyindən məlumat verilib. Məlumatda bildirilir: “Dünən və bu gün bəzi saytlarda “Şamaxıda bənd uçdu, kəndi su basdı” başlığı ilə xəbərlər yayılıb. Xəbərlərdə qeyd olunur ki, Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb və göl sahibinin iddiasına görə, Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı ərzində çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Məsələ ilə bağlı bildirmək istəyirik ki, baş vermiş hadisənin yolda tikinti aparılamsı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, hal-hazırda Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş.”  şirkəti tərəfindən “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir.

Magistral avtomobil yolunun 105-ci km-də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox bir məsafə vardır.

Qeyd etdiyimiz kimi balıqçılıq gölü Acıdərə çay yatağında yerləşir və kipləşdirilməmiş materialdan, köhnə dəmir-beton borulardan inşa edilib. Aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub.

Bundan başqa çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib”.

15.04.2019 16:30 / Baxılıb: 264 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo