Seçkinin nəticəsi ilə bağlı sona yaxınlaşırıq Binəli Yıldırım

Samir Soltanov/AZADİNFORM. “Bələdiyyə seçkiləri başa çatdıqdan sonra CHP üzrə namizəd 29 min fərqlə qazandığını elan etdi. Biz də həmin gecə saat 23:25-də əldə olunan məlumatlara əsasən qalib gəldiyimizi bildirdik”. 

Azadinform xəbər verir ki, bunu Türkiyədə hakim partiyadan (AKP) İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizəd olan Binəli Yıldırım bildirib. O qeyd edib ki, daha sonra MSK sədri Sadi Güvən 27 min 880 səs çoxluğu ilə Əkrəm İmamoğlunun öndə olduğunu ifadə etdi: “İlkin məlumatlarla yanaşı seçki tamamlandıqdan sonra ortaya çıxan anormallıqlar və korrupsiya ilə bağlı söz-söhbətlər gündəmə gəldi. Seçkiləri iki yerə ayırmaq lazımdır. İnzibati işlər və seçki nəticələrinə görə etirazların dəyərləndirildiyi məhkəmə prosesi. Hazırda məhkəmə proses davam edir. Müxtəlif yerlərdə etiraz edilib. Məsələn, 2014-cü ildə baş tutan seçkilərdə AKP 84 dairədə etiraz bildirib. Bunu 77-si rədd, 7-si isə qəbul edilib. CHP də 45 dairədə etiraz edib. Bunların 4-ü qəbul edilib 41-i isə rədd edilib. Yəni hər kəs etiraz haqqından istifadə edib və istifadə etməyə davam edir”. 

B. Yıldırım vurğulayıb ki, hazırda səslər sandığa daxili edilib: “Bizim səslərimiz qarşı namizədə yazılıb. Bu günə qədər səslərin 10 faizi sayılmışdı. Səslərin hamısı sayılsaydı, CHP də buna razılıq versəydi nəticələr belə olmayacaqdı. Seçkinin bu vəziyyətə düşməsi xoşagəlməz hadisədir. İstanbul kimi bir ölkə boyda şəhəri idarə edəcək rəhbərin etibarsız nəticə ilə sədr seçilməsi xoş deyil. Sədrin xidmətləri layiqincə yerinə yetirməsi bütün İstanbul əhalisinin arzusudur”. 

B. Yıldırım qeyd edib ki, biz lap əvvəldən qanunlar çərçivəsində danışırıq: “Türkiyə Ali Seçki Komissiyası işin sahibidir. Seçki ilə əlaqədar etirazlara adıçəkilən qurum baxır. Nəticədə bir sona yaxınlaşırıq. Maltepedəki sayım yekunlaşdıqdan sonra proses bitmiş olacaq. Bundan sonra Ali Seçki Komissiyası yekun qərarı açıqlayacaq”. 

15.04.2019 16:22 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo