ÇL-in 1/4 final mərhələsinin cavab oyunlarında hakimlər bəlli oldu

Adəm Abbaslı/AZADİNFORM. Aprelin 16-17-də keçiriləcək UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.

Azadinform UEFA-nın saytına istinadən xəbər verir ki, türkiyəli FIFA referisi Cüneyt Çakır İngiltərə komandaları “Mançester Siti” və “Tottenhem” klubları arasında keçiriləcək görüşdə baş hakim funksiyasını yerinə yeyirəcək. Onun köməkçiləri Bahattin Duran və Tarık Onqun olacaq. Dördüncü hakim funksiyasını isə portuqaliyalı Artur Dias yerinə yetirəcək.

Mançester şəhərində təşkil olunacaq görüş aprelin 17-də Bakı vaxtı saat 23:00-da başlayacaq. Londondakı matçda “Tottenhem” minimal hesablı qələbə qazanıb - 1:0.

Mərhələnin digər oyunları - “Barselona” (İspaniya)-“Mançester Yunayted” (İngiltərə) qarşılaşmasını almaniyalı Feliks Brıx (ilk oyun 1:0), “Yuventus” (İtaliya) - “Ayaks” (Hollandiya) matçını fransalı Klement Turpin (ilk oyun 1:1), “Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə) duelini isə Hollandiyadan olan Danni Makkeli idarə edəcək (ilk oyun 0:2). “Barselona”-“Mançester Yunayted”, “Yuventus”-“Ayaks” qarşılaşmaları aprelin 16-da, “Porto”-“Liverpul” oyunu isə aprelin 17-də təşkil olunacaq.

15.04.2019 15:43 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo