Elektrik stansiyasının itirilmiş gücü bərpa edildi Azərbaycanda

AZADİNFORM. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində Şüvəlan qəsəbəsində yerləşən “Şimal-1” Elektrik Stansiyasında  son aylarda təmir, sazlama və bərpa işləri aparıb.

Qurumdan Azadinform-a verilən məlumata görə, stansiyanın blokunda zədələnmiş rutor dəyişdirilərək başqası ilə əvəz edilib. 100 tona qədər çəkisi olan rutorun dəyişdirilməsi ilə bağlı stansiyanın fəaliyyətinin müvəqqəti dayandırılması fürsətindən istifadə edilərək, xarici və yerli mütəxəssislərin iştirakı ilə yanacaq kompressoru, işçi kürəklər, o cümlədən digər avadanlıq, aqreqatlar yenilənib, təmizlənib və təmir edilib. Təmirdən sonra yerli mütəxəssislərlə birgə “Mitsubishi”, “General Electrik”, ABB şirkətinin Avropadan və Yaponiyadan olan mütəxəssislərinin iştirakı ilə sınaq işləri aparılıb və “Şimal-1” Elektrik Stansiyası təkrar işə qoşulub.    

Ümumilikdə ötən ilin sentyabr ayından sonra aparılan yenidənqurma, təmir - bərpa işləri nəticəsində “Şimal-1” Elektrik Stansiyasının gücü 350 MVt-dan 380 MVT-a qaldırılıb. 

Stansiyada görülən işlərlə paralel olaraq təməli Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulan 400 MVt-lıq “Şimal-2” Elektrik Stansiyasının tikitisi də son aylarda sürətləndirilib və artıq yekunlaşmaq üzrədir. “Şimal-2” Elektrik Stansiyasının enerji blokunda Yaponiyanın “Mitsubishi” şirkətinin mütəxəssisləri ilə birlikdə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır. Yay aylarda “Şimal-2” Elektrik Stansiyası istismara buraxılacaq.

Burada tikilən İdarəetmə Mərkəzinin sayəsində “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının paralel istismar edilməsi daha stabil və qənaətcil olacaq. “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kVts elektrik enerjisi istehsalı ediləcək ki, bu da enerjisistem üçün olduqca ciddi nəticədir.

 

15.04.2019 14:44 / Baxılıb: 169 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.04.2019
23.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo