Növbəti satış Göyçay və Şəkidə: 70 faizlik güzəşt var

AZADİNFORM. Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

ASC-dən Azadinform-a verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satış aprel ayının 16-da Göyçay rayonunun Qaraməryəm kəndində, aprel ayının 17-də Şəki rayonunun Başgöynük kəndində kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Göyçay rayonu üzrə +9940503817338 (Elçin İsmayılov, Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Şəki rayonu üzrə +9940512559307 (Söhrab Hüseynov, “Aqrolizinq” ASC Şəki RN-in direktoru) ilə əlaqə saxlaya bilərlər.

15.04.2019 14:34 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo