Tramp Netanyahuya Çinlə bağlı xəbərdarlıq edib

Samir Soltanov/AZADİNFORM. ABŞ prezidenti Donald Trampın Təl-Əviv ilə Pekin arasındakı münasibətlərdən dolayı İsrail Baş naziri Binyamin Netanyahunu xəbərdarlıq etdiyi barədə məlumat yayılıb. 

Azadinform xəbər verir ki, İsrailin “Kanal 13” televiziyasının yaydığı məlumata görə, martın 25-də Ağ Evdə Netanyahu ilə görüşdə Tramp İsrailin Çinlə əlaqələrinin Vaşinqton-Təl-Əviv əməkdaşlığına zərər verə biləcəyini deyib. Bildirilir ki, guya Tramp Netanyahunu “təhdid” etməyib, ancaq Təl-Əviv-Pekin arasında baş verən proseslərdən xəbərdar olmaq istədiyini dilə gətirib. 

Məsələ ilə bağlı isə İsrail tərəfindən rəsmi olaraq hər hansı bir açıqlama verilməyib. 

15.04.2019 14:14 / Baxılıb: 145 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo